Yol polisindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər

Bakı, 3 mart, ARHD.AZ



Yol polisindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər

Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar avtomagistrallarda görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.

ARHD.AZ xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Baxış sayı: 4 947

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə