“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI




AZƏRBAYCAN RESPUBLİKASININ 
NAZİRLƏR KABİNETİ 
QƏRAR 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi 
barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD 
nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci 
abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 
Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik 
edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD 
nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 
Nazirlər Kabineti qərara alır: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli                  
39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, 
maddə 195 (Cild I); 2024, № 2, maddə 210, № 9, maddə 1090) ilə təsdiq edilmiş 
“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada 
dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında 
Əsasnamə”nin 2.1-ci bəndinin birinci cümləsinə “velosipedi” sözündən sonra “, kiçik 
elektrik nəqliyyat vasitəsini” sözləri əlavə edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli                     
41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, 
maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090) ilə 
təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi 
almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük 
vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 1.5-ci bəndinin 1-ci 
yarımbəndinə “velosipedi” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitəsini” sözləri 
əlavə edilsin. 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli                      
16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, 
maddə 115 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının qəbul edilməsi zamanı 

müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydaları”nın 3.13-cü bəndində 
“parklanma yerləri” sözləri “parklanma məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin. 
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli                 
317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014,         
№ 10, maddə 1288 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının 
ölçüləri”nin 1.2-ci bəndində “parklanma yerləri” sözləri “parklanma məntəqələri 
(yerləri)” sözləri ilə əvəz edilsin. 
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli                   
5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, 
maddə 57 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 440) ilə təsdiq edilmiş 
“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, 
habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 3.3.2.4.3-cü 
yarımbəndində “parklanma yerləri” sözləri “parklanma məntəqələri (yerləri)” sözləri 
ilə əvəz edilsin. 
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli                    
187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019,        
№ 4, maddə 778 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Fərdi 
parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda aşağıdakı 
dəyişikliklər edilsin: 
6.1. 1.2-ci bənddə “Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində)” 
sözləri “Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf 
və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 
(bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin; 
6.2. 1.3.2-ci yarımbənddə “pulsuz parklanma yerinin ayrılması” sözləri 
“parklanma məntəqələrində ödənişsiz parklanma” sözləri ilə əvəz edilsin; 
6.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin: 
“2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən 
evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin 
istifadəçilərinə onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları (bu 
Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun), Bakı 
şəhərinin inzibati ərazisində isə Agentlik (bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci 
hissəsində göstərilən formaya uyğun) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, 
markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti 
göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu 
həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir.”; 
6.4. 2.3-cü bəndə “orqanına” sözündən sonra “, Bakı şəhərinin inzibati 
ərazisində isə Agentliyə” sözləri əlavə edilsin; 
6.5. 2.5-ci bəndin ikinci cümləsinə “orqanı” sözündən sonra “və ya Agentlik” 
sözləri əlavə edilsin və “Bakı Nəqliyyat Agentliyinin informasiya sistemində” sözləri  
“, Bakı şəhərinin inzibati ərazisində isə Agentliyin “AYNA” informasiya sistemində” 
sözləri ilə əvəz edilsin; 
6.6. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin: 
“2.9. Müraciətə yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin inzibati ərazisində 
isə Agentlik tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində 
müraciət etmiş şəxsə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi 
parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə 
ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron 
müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.”; 
6.7. 2.11-ci və 2.20-ci bəndlər ləğv edilsin; 

6.8. 2.12.2-ci yarımbəndə “yaşayış yeri” sözlərindən sonra “üzrə qeydiyyatda 
olduğu ünvan” sözləri əlavə edilsin; 
6.9. 2.17-ci bənd aşağıdakı redaksiyada verilsin: 
“2.17. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi 
yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma 
talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları (Bakı şəhərinin inzibati 
ərazisi istisna olmaqla) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 
Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.”; 
6.10. 2.18-ci bənddə “ərazisində müəyyən olunmuş yerlərdə” sözləri 
“məntəqələrində” sözü ilə əvəz edilsin; 
6.11. 2.19-cu bənddə “ayrılmış parklanma yerlərində” sözləri “ödənişsiz 
parklanma hüququ verilmiş parklanma məntəqələrində” sözləri ilə əvəz edilsin; 
6.12. həmin Qaydaya 1 nömrəli əlavə üzrə: 
6.12.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin: 
1. Bakı şəhərinin inzibati ərazisində tətbiq edilən fərdi parklanma           
talonunun forması 
6.12.2. 2-ci hissədə “Parklanma ərazisi / koordinatları” sözləri “Parklanma 
məntəqələri” sözləri ilə əvəz edilsin; 
6.13. həmin Qaydaya 2 nömrəli əlavə üzrə: 
6.13.1. “Rayon (şəhər) İcra Hakimiyyətinə” sözlərindən sonra “(və ya 
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə)” sözləri əlavə edilsin; 

6.13.2. “Ərizənin” mətnində “saxlamağım üçün ödənişsiz əsaslarla mənə 
parklanma yerinin ayrılmasına və” sözləri “parklanma məntəqələrində ödənişsiz 
saxlamaq üçün mənə” sözləri ilə əvəz edilsin. 
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli                    
25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 1, 
maddə 76 (Cild I) ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının 
hazırlanması Qaydası”nın 4.1.7-ci və 5.2.2-ci yarımbəndlərində ismin müvafiq 
hallarında “parklanma yerləri” sözləri ismin müvafiq hallarında “parklanma 
məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin. 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş naziri 
Bakı şəhəri,    “ 1 ”       
“ fevral ”     
№     19    
2025-ci il 

Baxış sayı: 4 443

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]