Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq


Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.

Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Baxış sayı: 1 245

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə