Ankara, 10 fevral, ARHD.AZ

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar


Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mehmem Samsar arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyindən ARHD.AZ-a verilən məlumata görə, ikitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da iştirak edib.

Baxış sayı: 2 323

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə