Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.


ARHD.AZ -ın əldə etdiyi məlumata görə, Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.


2024-cü ilin noyabrında bu göstəricilər müvafiq olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.


Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201.19 metr, dirəyin pyedestal üzərindəki diametri 5.7 metr, çəkisi isə təxminən 1 500 ton təşkil edir.

Baxış sayı: 2 875

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə