Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Ankara, 10 fevral, ARHD.AZ


Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Sazişi təsdiq edib.

ARHD.AZ xəbər verir ki, Türkiyə Prezidentinin müvafiq Sərəncamı fevralın 10-da rəsmi hökumət qəzeti olan “Resmi Gazete”de dərc olunub.

Sənəd bu sahədə bir sıra əməkdaşlıq məsələləri ilə yanaşı, iki qardaş ölkənin qeyri-leqal miqrasiya ilə mübarizə üzrə qarşılıqlı fəaliyyətini ehtiva edir.

Miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Saziş 2024-cü il iyunun 6-da Ankarada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Miqrasiya İdarəsinin rəhbəri Atilla Toros tərəfindən imzalanıb.

Baxış sayı: 4 258

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə