“Gürcüstanda qəzaya uğrayan təyyarəmizin “qara qutu”su aşkar edilib və araşdırmalar başlayıb”.


ARHD.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Şəhidlərimizdən 19-nun nəşi tapılıb, geri qalan bir şəhidimizin nəşinin axtarışları davam edir”, - deyə Türkiyə lideri bildirib.


Onun sözlərinə görə, hadisə ilə bağlı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb:


“Millətimizlə yanaşı azərbaycanlı bacı-qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə qərq edən bu faciəli hadisəni bütün tərəfləri ilə araşdırırıq. Gürcüstan qurumları bu prosesdə ən yüksək səviyyədə lazım olan yardımı və əməkdaşlığı göstərir. Azərbaycanlı bacı-qardaşlarımız da eyni qaydada gərəkli bütün dəstəyi, töhfəni verirlər”.


Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 20 hərbçi olub. Hadisə zamanı bütün ekipaj üzvü həlak olub.

Baxış sayı: 3 162

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə