"Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000 nəfər civarında din xadimi dövlətdən maddi dəstək alır".


ARHD.AZ  xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.


O bildirib ki, həmin məscidlərin heç də hamısı tam fəaliyyət göstərmir:


"Ancaq fəaliyyət göstərən məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm, az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər".


Deputat işğaldan azad olunmuş ərazilərdə çox mühüm işlər görüldüyünü xatırladaraq əlavə edib ki, bir sıra bölgələrdəki dini-tarixi abidələrin də xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var:


"Dini tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Eyni zamanda, dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir".

Baxış sayı: 2 286

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə