Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb.


ARHD.AZ  "Teleqraf"a istinadən xəbər verir ki, "Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi.


Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir.


Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu deyilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb.


Qaralova məxsus "Qazax Sement Zavodu", "Akkord General Construction", "Akkord Asfalt", "Akkord Hydrotechnical Construction Company", "Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi", "Akkord Mərmər Qranit", "Akkord Novanord Construction", "Akkord Nəqliyyat", "Steel Force Construction Company", "Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası", "Akkord Tekstil", "Building Construction Group", "Property Investments", "Accopen", "Hydraulic Mechanisms Company", "Property Investments-1" və digərləri şirkətlərin ümumi vergi borcunun məbləği təxminən beş milyon manata yaxındır.

Baxış sayı: 2 774

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə