ABŞ hakimiyyəti Boliviya ilə diplomatik münasibətləri səfir səviyyəsində bərpa etməyə hazırlaşır.


ARHD.AZ  xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau deyib.


“Biz münasibətləri səfir səviyyəsində bərpa edəcəyik. Bu, həmişə belə olmalı idi. Bu addımı çox vacib hesab edirəm və ümid edirəm ki, tezliklə səfirlərin təyin edilməsi mümkün olacaq”, – deyə o bildirib.


Qeyd edək ki, bu qərar iki ölkə arasında 2008-ci ildə kəsilmiş diplomatik əlaqələrin yenidən qurulması istiqamətində mühüm addım hesab olunur.

Baxış sayı: 3 160

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə