Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.


arhd.az xəbər verir ki, əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib və tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.


Tərəflər üç ölkə və parlamentləri arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağa güclü təkan verəcəyinə inam ifadə ediblər.


İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.


Xatırladaq ki, üçtərəfli görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.


 

Baxış sayı: 2 467

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə