Şavkat Mirziyoyev: Ermənistanla sülh Bəyannaməsi türk dövlətlərinin ümumi qələbəsidir

Astana, 7 oktyabr, ARHD.AZ




Şavkat Mirziyoyev: Ermənistanla sülh Bəyannaməsi türk dövlətlərinin ümumi qələbəsidir


Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə müasir Azərbaycanın bir çox bölgələrində olduq.

ARHD.AZ Özbəkistan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib.

“Gözəl Qarabağın gündən-günə necə abadlaşdığının, Şuşa, Xankəndi və Ağdam kimi şəhərlərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığının şahidi olduq. Sizin yaxın dostlarınız kimi bu müsbət proseslər bizi son dərəcə sevindirir.

Mübaliğəsiz demək olar ki, Sizin qəti siyasi iradəniz sayəsində imzalanmış Ermənistanla sülh Bəyannaməsi türk dövlətlərinin ümumi qələbəsidir. Bu tarixi sənəd ölkələrimiz üçün ticarət, iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq baxımından geniş imkanlar açır”, – deyə Şavkat Mirziyoyev vurğulayıb.

Baxış sayı: 5 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə