Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

Ankara, 4 oktyabr, ARHD.AZ




Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq


Türkiyənin milli aviadaşıyıcısı olan Türk Hava Yolları (THY) 225 yeni təyyarə almağı planlaşdırır. Artıq 75 təyyarə ilə bağlı müqavilə imzalanıb. ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə THY-nin sədri Ahmet Bolat məlumat verib.

Onun sözlərinə görə, Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq.

“THY-nin sərnişin dövriyyəsi 85 milyona çatıb, illik gəliri isə 22 milyard dollardır. Hazırda Türk Hava Yollarında bir sərnişinə düşən orta mənfəət 22-23 dollar təşkil edir”, - deyə Bolat bildirib.

O, həmçinin təyyarələrin mühərrikinə texniki qulluq xərclərinə də diqqət çəkib. Bolat əlavə edib: “Mühərrikin texniki baxışı orta hesabla 7-8 milyon dollara başa gəlir. Cəmi 30 il ərzində bir təyyarə altı yoxlamadan keçir. Bu xərcləri minimuma endirmək üçün təyyarə alarkən texniki baxışı istehsalçı ilə əlaqələndirmək lazımdır. Əgər Türk Hava Yolları bunu özü edirsə, öz müəssisəsini yaratmalıdır. Məsələn, şirkətimiz bütün mühərrikləri yoxlamaq üçün öz texniki bazasını qurur”.

Baxış sayı: 5 685

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə