Moldovada parlament seçkiləri keçirilir

Kişineu, 28 sentyabr, ARHD.AZ




Moldovada parlament seçkiləri keçirilir


Moldovada parlament seçkiləri keçirilir.

ARHD.AZ Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, vətəndaşlar növbəti 4 il ərzində ölkəni idarə edəcək 101 parlament üzvünü seçirlər.

Parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir.

Parlament seçkilərini 3423 yerli və xarici müşahidəçi izləyir.

Onlardan 2496 nəfəri yerli, 912-si isə xarici müşahidəçidir. Xarici müşahidəçilərdən 296-sı beynəlxalq təşkilatların nümayəndələridir.

Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermə prosesinin sadələşdirilməsi üçün Moldovada və xaricdə 30 seçki məntəqəsində həm kağız, həm də elektron seçici siyahılarından istifadə edir.

Seçicilərin azı 30 faizi iştirak etdikdə seçki baş tutmuş hesab ediləcək.

Baxış sayı: 7 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə