Bakı, 25 sentyabr, ARHD.AZ



Prezident: Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir


Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğunu və ya yaralandığını xatırladan dövlətimizin başçısı deyib ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.

Baxış sayı: 7 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə