“Pfizer” 7,3 milyard dollarlıq müqavilə imzalayıb

Bakı, 22 sentyabr, ARHD.AZ




“Pfizer” 7,3 milyard dollarlıq müqavilə imzalayıb


“Pfizer” bazar ertəsi bəyan edib ki, piylənmənin müalicəsi üzrə gəlirli bazarda mövqelərini möhkəmləndirmək məqsədilə çəki azaldan preparatlar hazırlayan “Metsera” şirkətini almaq üçün dəyəri 7,3 milyard dollara qədər olan müqavilə imzalayıb.

ARHD.AZ xəbər verir ki, piylənmənin müalicəsi üzrə preparatların qlobal bazarının həcminin 2030-cu illərin əvvəllərinə qədər 150 milyard dollara çatacağı proqnozlaşdırılır. Son illərdə bu sahədə sürətli artım “Novo Nordisk” və “Eli Lilly” kimi şirkətlərin yüksəksəmərəli “GLP-1” preparatlarının uğuru ilə bağlıdır.

“Reuters” agentliyi yazır ki, dərman istehsalçıları, həmçinin piylənmə əleyhinə yeni nəsil müalicə üsulları üzərində işləyirlər. Buraya digər hormonlara təsir göstərən və yağ yandırılarkən əzələ kütləsinin qorunmasına kömək edən preparatlar daxildir.

“Pfizer”in baş icraçı direktoru Albert Burla bildirib ki, “Metsera”nın alınması “Pfizer”i bu əsas terapevtik mərhələyə çıxarır” və şirkətə özünün kardiometabolik sahədəki təcrübəsindən və qlobal infrastrukturundan istifadə edərək piylənməyə qarşı yeni nəsil dərmanların hazırlanmasını sürətləndirməyə imkan verəcək.

Müqavilə “Pfizer”in özünün “danuglipron" çəki azaldan preparatı üzərindəki uğursuz cəhdlərindən sonra imzalanıb. Aprel ayında şirkət gündə bir dəfə qəbul edilən “danuglipron” versiyasının hazırlanmasını dayandırıb. Buna səbəb klinik sınaqda iştirak edən bir xəstədə dərmanla bağlı qaraciyərin potensial zədələnməsi halı olub və bu, preparatın qəbulunun dayandırılmasından sonra aradan qalxıb. Gündə iki dəfə qəbul edilən versiyanın hazırlanması isə müxtəlif yan təsirlər səbəbindən 2023-cü ilin sonunda dayandırılıb.

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə