BMT Baş Assambleyası Fələstinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib

Vaşinqton, 19 sentyabr, ARHD.AZ




BMT Baş Assambleyası Fələstinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib


BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib.

ARHD.AZ xəbər verir ki, 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb.

Qətnaməyə əsasən, Fələstin lideri Mahmud Abbas gələn həftə keçiriləcək yüksəksəviyyəli ümumi debatlar zamanı əvvəlcədən qeydə alınmış bəyanat vasitəsilə dünya liderlərinə müraciət edəcək.

Bu addım ABŞ-ın Fələstin lideri Mahmud Abbas və Fələstin Administrasiyasının yüksəkrütbəli rəsmilərinə BMT-nin illik toplantısı üçün Nyu-Yorka səfər etmələrinə görə viza verilməsini qadağan etmək və mövcud vizaları ləğv etməklə bağlı qərarından sonra atılıb.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Avstraliya və Kanada kimi bir neçə ölkə BMT Baş Assambleyasının qarşıdan gələn iclasları zamanı Fələstin Dövlətini rəsmən tanımaq planlarını elan ediblər.

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə