Şalva Papuaşvili: Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT demokratik çərçivədən kənara çıxıb

Tbilisi, 17 sentyabr, ARHD.AZ




Şalva Papuaşvili: Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT demokratik çərçivədən kənara çıxıb


Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışır, bu yol isə birbaşa Maydana aparır.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Ş.Papuaşvili deyib ki, bir neçə siyasi qruplaşma xaricdən maliyyələşən bəzi QHT ilə birlikdə demokratik çərçivədən kənara çıxıb. Onlar açıq şəkildə bəyan ediblər ki, demokratik prosesdə iştirakdan imtina edirlər və hakimiyyətin zorakı yolla dəyişdirilməsi yolunu seçiblər.

"Hər kəsə xatırladıram ki, hakimiyyət mandatının əldə edilməsinin yeganə yolu seçkilərdir. Bu qruplar – yəni, partiyalar və xaricdən maliyyələşən QHT-lər bəyan ediblər ki, onlar demokratik çərçivədən çıxırlar və mandatı, hakimiyyət rıçaqlarını zorakı yolla əldə etməyə çalışırlar. Bu, məhz hakimiyyətin devrilməsi ilə bağlı bəyanatdır və başqa cür yozula bilməz" - deyə Papuaşvili vurğulayıb.

Onun sözlərinə görə, bu prosesdə iştirak edən hər kəs, həmçinin “devirmə” terminini kiçildən, ona dəstək verən və ya onu salon səviyyəsinə endirən, həmin qruplarla görüşən, diplomatik və ya siyasi görüşlər təşkil edən hər kəs zorakı prosesləri təşviq edir.

Parlamentin sədri, həmçinin deyib: "Fakt ondan ibarətdir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Onların davranışından da aydın görünür ki, yeganə məqsədləri bu cəmiyyəti və dövləti qeyri-adi, fövqəladə vəziyyətə salmaq üçün təxribatlar törətməkdir. Bu, təhlükəli bir yoldur. Xaricdən idarə olunan bir neçə partiya və QHT bu yolla gedir. Bu, birbaşa Maydana – qan tökülməsinə, qarşıdurmaya aparan yoldur".

Baxış sayı: 5 776

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə