Sebastian Lekornu Fransanın yeni Baş naziri təyin olunub

Paris, 9 sentyabr, ARHD.AZ




Sebastian Lekornu Fransanın yeni Baş naziri təyin olunub


Fransa siyasi səhnəsində növbəti dəyişiklik baş verib. Prezident Emmanuel Makron rəsmi olaraq Sebastian Lekornu yeni Baş nazir təyin edib.

ARHD.AZ xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayı yayıb. Fransanın keçmiş müdafiə naziri olan Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır.

Qeyd edək ki, keçmiş Baş nazir Fransua Bayrun istefa verib.

Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni Baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib.

Yeni təyinat müxalifət tərəfindən kəskin tənqid edilib.

Baxış sayı: 4 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə