Qazaxıstan Çinin iştirakı ilə 100 MVt gücündə məlumat mərkəzi tikəcək

Astana, 3 sentyabr, ARHD.AZ




Qazaxıstan Çinin iştirakı ilə 100 MVt gücündə məlumat mərkəzi tikəcək


Qazaxıstan və Çin 100 MVt gücündə böyük məlumat mərkəzi tikmək barədə razılığa gəliblər.

ARHD.AZ Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bunu “Kazaktelekom” SC-nin İdarə Heyətinin sədri Bağdat Musin bildirib.

O əlavə edib: “Biz 100 MVt gücündə məlumat mərkəzinin tikintisindən danışırıq. Daha aydın olmaq üçün qeyd edim ki, bu, bərpaolunan enerji mənbələri üzərində işləyəcək bütöv bir İT resursları şəhəridir”.

“Kazaxtelekom” və “China Energy Overseas Investment” arasında bağlanan saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pekində səfəri zamanı imzalanıb. Sazişə əsasən, 20 MVt gücündə ilk modulun tikintisinə 2026-cı ildə başlanacaq. Bağdat Musin bu razılaşmanı Qazaxıstanın süni intellekt infrastrukturunun inkişafının gələcəyi adlandırıb.

Baxış sayı: 5 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə