Tramp Alyaska hava limanında Putini qarşılayıb

Vaşinqton, 15 avqust, ARHD.AZ



Tramp Alyaska hava limanında Putini qarşılayıb


ABŞ Prezidenti Donald Tramp Alyaska ştatının Ankoriç şəhərində tarixi görüş üçün hava limanında rusiyalı həmkarı Vladimir Putini qarşılayıb.

ARHD.AZ-ın məlumatına görə, tərəflər hava limanında qırmızı xalçanın üzərində əl-ələ görüşüblər və ayaqüstü qısa söhbət ediblər. Qırmızı xalçada irəliləyərkən Tramp hər iki tərəfdə dayanmış fəxri qarovula hərbi salam verib. Daha sonra liderlər qarşısına “Alyaska 2025” yazılmış səhnəyə çıxaraq foto çəkdirib və ardınca avtomobillərə minərək hava limanını tərk ediblər.

Görüş zamanı hava limanı üzərindən F-35 qırıcıları və B-2 bombardmançısı uçuş edib.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə