Putin və Trampın görüşü bir saatdan çoxdur davam edir

Bakı, 16 avqust, ARHD.AZ




Putin və Trampın görüşü bir saatdan çoxdur davam edir


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp bir saatdan çoxdur ki, danışıq aparır.

ARHD.AZ-ın məlumatına görə, görüş Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında keçirilir.

Danışıqlar üç-üç formatında aparılır, lakin iki ölkənin liderləri Alyaskaya gəldikdən sonra aerodromda ünsiyyətə başlayıblar. Putin və Tramp təyyarələrini demək olar ki, eyni vaxtda tərk edərək Amerika liderinin avtomobilinə minib və danışıqlara gedərkən orada təkbətək söhbət ediblər.

Daha sonra Trampla rusiyalı həmkarı Putin arasında görüş başlayıb.

Baxış sayı: 6 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə