Zelenski Avropa liderlərinin Trampla videokonfrans formatında görüşündə iştirak edəcək

Bakı, 13 avqust, ARHD.AZ




Zelenski Avropa liderlərinin Trampla videokonfrans formatında görüşündə iştirak edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə Alyaskada görüşündən iki gün əvvəl Almaniyanın ev sahibliyi etdiyi Donald Tramp və Avropa liderləri arasında virtual görüş üçün çərşənbə günü Berlinə səfər edib.

ARHD.AZ “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa liderləri 2021-ci ildən bəri ilk ABŞ-Rusiya zirvə görüşündə Kiyevin maraqlarını qorumağa çalışırlar.

Keçən həftə Kiyev və Avropa ölkələri ABŞ Prezidenti və rəsmilərinin hər hansı bir razılaşmanın “müəyyən ərazilərin dəyişdirilməsini" ehtiva edəcəyi ilə bağlı bəyanatları fonunda narahatlıq ifadə etmişdilər. Zelenski ikitərəfli danışıqlarda iştirakdan əvvəl Almaniya Kansleri Fridrix Mertslə görüşüb. Onlar bu gün axşam saatlarında Finlandiya, Fransa, Britaniya, İtaliya, Polşa və Avropa İttifaqı liderləri ilə bilikdə Donald Tramp ilə videokonfransda iştirak edəcəklər. Danışıqlara NATO-nun Baş katibi Mark Rütte də qatılacaq.

Donald Tramp “Truth Social” şəbəkəsində yazıb: “Qısa müddətdən sonra Avropa Liderləri ilə danışacağıq. Onlar sövdələşmənin bitdiyini görmək istəyən böyük insanlardır”.

Baxış sayı: 6 798

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə