Gürcüstan Prezidenti Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdığı addımları alqışlayıb

Tbilisi, 13 avqust, ARHD.AZ




Gürcüstan Prezidenti Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdığı addımları alqışlayıb


Türkiyəyə səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

ARHD.AZ xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olub.

Gürcüstan mətbuatının yazdığına görə, söhbət zamanı dünyada və Cənubi Qafqaz regionunda mövcud vəziyyət barədə də məsələlər ətrafında fikir mübadiləsi aparılıb. M.Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda dinc birgə yaşayış formulunu dəstəkləyir və regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə həmişə hazırdır.

O, Azərbaycanın və Ermənistanın davamlı sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışladığını bildirib və qeyd edib ki, bu addımlar bölgədə sülhün və sabitliyin təşviqinə töhfə verməlidir.

Görüşdə Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. M.Kavelaşvilinin sözlərinə görə, ölkələr arasındakı regional və strateji əhəmiyyət kəsb edən layihələr səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.

Baxış sayı: 6 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə