Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini müzakirə edib

Tbilisi, 31 iyul, ARHD.AZ




Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini müzakirə edib


Gürcüstanda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Gürcüstanın İqtisadiyyat Nazirliyindən ARHD.AZ-a bildirilib ki, görüşdə ikitərəfli ticarət-iqtisadi əlaqələrin prioritet sahələrini müzakirə ediblər.

Söhbət zamanı ölkələr arasında ikitərəfli ticarət, nəqliyyat və logistika, mülki aviasiya, turizm və s. sahələrdə əməkdaşlığın inkişafına toxunulub. Türkiyənin bir nömrəli ticarət tərəfdaşı və mütəmadi olaraq aparıcı investor olduğu bildirilib. Nəqliyyat sahəsində səmərəli əməkdaşlığın olduğu vurğulanıb.

İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx və səmərəli əməkdaşlığın olduğu xüsusi qeyd olunub. Bildirilib ki, Gürcüstan və Türkiyə Avropa-Asiya arasında nəqliyyat dəhlizlərinin, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin inkişafı istiqamətində bir sıra təşəbbüslərdə fəal iştirak edir və bu, regional əlaqələrin dərinləşdirilməsi, qlobal ticarət və iqtisadi inkişafın təşviqi baxımından getdikcə aktuallaşır.

M.Kvrivişvili türkiyəli həmkarına Gürcüstan hökumətinin ölkənin nəqliyyat və logistika imkanlarının gücləndirilməsi ilə bağlı layihələrin gedişatı barədə ətraflı məlumat verib. Dəmir yolunun modernləşdirilməsi, Şərq-Qərb avtomobil yolunun tikintisi, Anakliya dərin dəniz limanının inkişafı, yeni Tbilisi beynəlxalq hava limanı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti və s. layihələr barədə fikir mübadiləsi aparılıb. Nazirlər Bakı-Tbilisi-Qars dəmir yolunun tam şəkildə həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Digər prioritet istiqamət kimi mülki aviasiya, investisiyalar, quru nəqliyyatı, hidroqrafiya və dənizçilik, dəmir yolu və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edək ki, türkiyəli nazirin Gürcüstana səfərinin məqsədi altıncı dəfə keçiriləcək ikitərəfli hökumətlərarası iqtisadi komissiyanın iclasında iştirak etməkdir.

Baxış sayı: 6 797

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə