Almaniyanın XVII əsrdə inşa edilmiş ən böyük taxta kilsəsi yanıb

Berlin, 20 iyul, ARHD.AZ




Almaniyanın XVII əsrdə inşa edilmiş ən böyük taxta kilsəsi yanıb


Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın baş verib.

ARHD.AZ “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində kilsənin bir hissəsi yanıb.

Yanğının tam söndürülməsi bir neçə saat çəkib. Polisin məlumatında yanğının qəsdən törədilməsinin ehtimal olunduğu və bu istiqamətdə istintaqın başlandığı bildirilib.

Evangelik-lüteran kilsəsi yanğınla əlaqədar kilsənin ziyarət üçün bağlandığını elan edib.

Təxminən 2 min nəfərin ibadət edə bildiyi bu tarixi kilsə XVII əsrdə inşa edilib. Kilsə Şimali Almaniyanın barokko dövrünə aid ən mühüm abidələrindən hesab olunur. Tikintisində palıd və küknar ağaclarından istifadə olunan bina dəfələrlə əsaslı təmir edilib.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə