Bakı, 18 iyul, ARHD.AZ



BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub


ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanda dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə əldə edilən nəticələr haqqında məlumat verilib.

İqtisadiyyat Nazirliyindən ARHD.AZ-a bildirilib ki, Nyu-York şəhərində BMT-nin 2025-ci il üzrə Yüksək Səviyyəli Siyasi Forumu keçirilir. “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi və dayanıqlı inkişaf məqsədləri üzrə bərpa, sürətlənmə və bərabərlik üçün sübutlara əsaslanan həllərin inkişafı” mövzusunda keçirilən forumda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov ölkəmizi təmsil edib.

Tədbir çərçivəsində “DİM 3: Sağlam həyat və rifah”, “DİM 5: Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, “DİM 8: Layiqli məşğulluq və davamlı iqtisadi artım”, “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyinin icrasına maraqlı tərəflərin cəlb edilməsi” mövzularında keçirilmiş sessiyalarda Azərbaycanda bu sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə təqdimatlar edilib. Qlobal çağırışlar fonunda ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə reallaşdırılan tədbirlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu müxtəlif tematik mövzular üzrə sessiyalarla işini davam etdirir.

Baxış sayı: 5 446

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə