Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq

Bakı, 15 iyul, ARHD.AZ



Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq


Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.

ARHD.AZ xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyində “15 İyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində səfir Birol Akgün söyləyib.

Səfir 15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladaraq deyib: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Bu böyük mübarizəni gələcək nəsillərə ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına türk millətinin birlik və bərabərliyindən imtina etməyəcəklərini qəti şəkildə bir daha ortaya qoydular. Tarixən azad yaşayan millətin nümayəndələri kimi sahib olduğumuz dəyərlərə bağlılığımızı bütün dünyaya göstərdik”.

Baxış sayı: 4 527

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə