08.06.2025  ARHD

Elvin Vəliyev

Ey gənclər! Qulaq asın və yadda saxlayın!
Azərbaycan xalqı çox əzab çəkib. Amma ən ağır zərbəni bizə daxildən – hakimiyyət kreslosunda oturan zəiflər, qorxaqlar, vətən anlamayanlar vurub. Onların başında isə Ebülfəz Elçibəy dayanır.
 
O, bu xalqın başına gəlmiş ən böyük bədbəxtliklərdən biri idi.
 
Elçibəy nitqlərlə özünü qəhrəman kimi göstərdi, amma əməldə bir bacarıqsız, aciz, qorxaq adamdan başqa bir şey olmadı.
• Qarabağda torpaqlar işğal olunur, şəhidlər verilir – Elçibəy danışırdı.
• İqtisadiyyat çökür, xalq ac qalır – Elçibəy şeir oxuyurdu.
• Ordu rəhbərsiz, dövlət başsız qalır – Elçibəy qaçırdı!
 
Bəli, qaçırdı! O, prezident kürsüsündə oturanda deyil, Kələkiyə sığınanda kim olduğunu göstərdi!
 
Bu gün kimlərsə “Elçibəyçilik” deyə bir anlayış formalaşdırmağa çalışır. Bunu edənlər bilməlidir ki:
• Elçibəyçilik = idarəsizlikdir
• Elçibəyçilik = torpaq itkisidir
• Elçibəyçilik = orduya xəyanətdir
• Elçibəyçilik = qorxaqlıq, populizm, dövlətə zərbədir
 
O, Azərbaycan dövlətçiliyini iflic vəziyyətə saldı. Öz komandası korrupsiyaya bulaşmış, bacarıqsız, xalqdan uzaq adamlardan ibarət idi. Heç birində nə milli məsuliyyət vardı, nə də xalq sevgisi!
 
“Ebülfəz Elçibəy bu xalqı aldadan, öz şəxsi xəyal və boş ideologiyalarını millətə yalan kimi satan adamdır.
Onun prezidentliyi xalqın yox, düşmənin xeyrinə işləyən bir dövr idi.
Elçibəyin yolu Azərbaycanı uçuruma apardı – bu xalqı uçurumun kənarından geri qaytaran isə Heydər Əliyev iradəsi oldu!”
 
Qarabağın ilk itkisinə səbəb olan, dövlətin süqutunun qapısını açan, ordunu başsız qoyan, xalqı taleyin ixtiyarına buraxan adam qəhrəman yox, rəzil liderdir!
 
Bu gün bir gənc Elçibəyin adını “ideya adamı” kimi çəkirsə, demək hələ dərs almamışıq. Bizə boş vədlər yox, güc, iradə və zəfər gətirən liderlər lazımdır. Elçibəyin adı yalnız səhv nümunə kimi xatırlanmalıdır – öyrənilməli, amma təkrar edilməməlidir!
Baxış sayı: 8 899

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə