İrakli Kobaxidze: BTQ layihəsi üzrə işlərin 98,5 faizi başa çatıb

Tbilisi, 27 iyun, ARHD.AZ




İrakli Kobaxidze: BTQ layihəsi üzrə işlərin 98,5 faizi başa çatıb


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində nəzərdə tutulmuş işlərin 98,5 faizi başa çatıb.

ARHD.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı söyləyib.

Baş nazir deyib ki, Gürcüstan hökumətinin əsas məqsədlərindən biri Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən layihələrdən maksimum yararlanmaq, onlardan istifadə etməkdir: “Bu gün həyata keçirilən bütün infrastruktur layihələri bu məqsədə xidmət edir. Magistral avtomobil yollarının, dəmir yollarının, dəniz limanlarının tikintisi, bütün layihələrin inkişafı ölkə üçün çox vacibdir”.

Onun sözlərinə görə, bu məqsədlərə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə işlərin də 98,5 faizi yerinə yetirilib.

Gürcüstanda dəmir yollarının modernləşdirilməsi layihəsi başa çatmaq üzrədir. Layihə başa çatdıqdan sonra dəmir yollarının ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək.

Baxış sayı: 6 442

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə