Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb

Astana, 23 iyun, ARHD.AZ




Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb


Yaxın Şərq ölkələrinə istirahət məqsədilə səfər etməzdən əvvəl hər şeyi diqqətlə qiymətləndirmək tövsiyə olunur.

ARHD.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı məlumat verib.

“Hazırda reyslər davam edir, lakin vəziyyət istənilən anda dəyişə bilər. Uçuşlar dayandırılarsa, vətəndaşların Qazaxıstana necə qayıdacağı ilə bağlı ciddi məsələ ortaya çıxacaq”, – deyə o bildirib.

XİN rəsmisi qeyd edib ki, vəziyyət mürəkkəb geosiyasi xarakter daşıyır və hər gün dəyişir.

“Məsələn, dünən “Air Astana” aviaşirkəti bir neçə reysi ləğv edib. Təbii ki, bu cür hallarda problemlər yaranacaq və vətəndaşların oradan necə təxliyə olunması məsələsi meydana çıxacaq”, – deyə o əlavə edib.

Baxış sayı: 4 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə