Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb

Bakı, 23 iyun, ARHD.AZ




Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb


İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və “Black Locust Capital Financing Broker” (BLC) şirkətinin direktoru Şahrux Xan arasında görüş keçirilib.

AZPROMO-dan ARHD.AZ-a bildirilib ki, görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində AZPROMO və BLC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.

Baxış sayı: 5 442

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə