Türkiyəli nümayəndə: Müstəmləkəçiliyin qalıqları bu gün də akademik yanaşmalarda müşahidə edilir

Bakı, 3 iyun, ARHD.AZ




Türkiyəli nümayəndə: Müstəmləkəçiliyin qalıqları bu gün də akademik yanaşmalarda müşahidə edilir


Dekolonizasiya mövzusu yalnız keçmişin araşdırılması deyil, həm də müasir elmi, mədəni sahələrdəki mövcud nüfuz və perspektivlərin təhlilini tələb edən mürəkkəb bir prosesdir.

ARHD.AZ xəbər verir ki, bu sözləri ADA Universitetinin türkiyəli dosenti Murat Özkaleli “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, kameranın mövqeyi yalnız vizual montaj deyil, həm də kino nəzəriyyəsində “importaj” adlandırılan konsepsiyanı müəyyən edir: “Bu baxış bucağı yuxarıdan, aşağıdan, uzaqdan və yaxından olmaqla baxılan görüntünü tamamilə dəyişir. Eyni zamanda, qarşılaşdığımız dekolonizasiya probleminin də əsası belədir. Elmin özündə mövcud olan paradoks – akademik işlərdə obyektiv üçüncü şəxs mövqeyi və qərəzsiz təsvir kimi qəbul edilən anlayışların yenidən dəyərləndirilməsini tələb edir. Müəllifin səsi oxucuya nəyi bilməli olduğunu diktə edir, lakin bu, əslində, oxucunun şüurunda avtomatik təsir yaradır”.

M.Özkaleli çıxışında, həmçinin qeyd edib ki, dekolonizasiya prosesi yalnız siyasi və coğrafi azadlıqla yekunlaşmır: “Bu, mədəniyyət, dillər, bilik istehsalı və təmsiletmə sahələrində kök salmış struktur üstünlüklərin və hegemon narrativlərin ifşasını və transformasiyasını zəruri edir”.

Türkiyəli dosentin fikrincə, müstəmləkəçiliyin qalıqları bu gün də bir çox akademik yanaşmalarda, nəzəri çərçivələrdə və hətta təhsil proqramlarında sezilir: “Bu baxımdan, “obyektivlik” kimi təqdim edilən elmi dəyərlər də sorğulanmalıdır, çünki bu obyektivlik çox zaman Qərb epistemologiyalarının Aələsi təməl şəkildə araşdırılmalıdır. Beləliklə, dekolonizasiya yalnız siyasi diskurs deyil, eyni zamanda, biliklərin yenidən qurulması, müxtəlif perspektivlərin legitimləşdirilməsi və postkolonial dünyada daha ədalətli elmi və mədəni ünsiyyətin qurulması üçün mühüm bir çağırışdır”.

Baxış sayı: 4 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə