Bakı, 22 may, ARHD.AZ


Mayın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi MSK- ın iclası keçirilib.

ARHD.AZ xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın martın 18-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt- Abşeron-Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl- Daşkəsən-Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda həmçinin cari məsələlərə də baxılıb.

Baxış sayı: 3 517

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə