Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir

Bakı, 20 may, ARHD.AZ


Bu tədbir hamının, xüsusən də hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqə qurması üçün çox vacib platformadır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından da çox effektivdir.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau deyib.

Qonaq bildirib ki, bu günlərdə çoxsaylı vacib görüşlər keçiriləcək. "Bizim bir-birimizlə əlaqə qura biləcəyimiz təhlükəsiz rabitə platformalarımız və şəbəkəmiz var. Biz bu platformaya çox güvənirik, çünki təhlükəsizdir. Hər şey şifrələnir. Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir. Bu şəbəkənin müxtəlif maraqlı tərəflərlə birlikdə böyüməsi üçün ona fəal şəkildə töhfə verməliyik", - deyə o vurğulayıb.

Baxış sayı: 5 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə