Energetika nazirinin müavini Özbəkistan Enerji Həftəsində iştirak edib

Bakı, 13 may, ARHD.AZ


Özbəkistanın Daşkənd şəhərində “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” adı altında təşkil olunan Enerji Həftəsində Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib.

Energetika Nazirliyindən ARHD.AZ-a bildiriblər ki, nazir müavini tədbirin açılışı və “Sistemin etibarlılığı və əməkdaşlığın genişləndirilməsi” adlı Nazirlər Dialoqunda iştirak edib.

COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın enerji keçidi və qlobal əməkdaşlıq sahəsində təşəbbüslərindən bəhs edən nazir müavini bildirib ki, ölkəmiz həm etibarlı təbii qaz təchizatçısı kimi, həm də yaşıl enerji potensialı ilə Avropanın enerji təhlükəsizliyi və dekarbonizasiya hədəflərinə töhfə verməyə davam edəcək.

Bu baxımdan, Xəzər dənizində planlaşdırılan yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri təşəbbüsünün strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb, ölkəmizin enerji trilemması, yəni enerji əlçatanlığı, təchizatın təhlükəsizliyi və bərpaolunan enerjidən istifadənin inkişafı baxımından mühüm mövqe tutduğu qeyd edilib.

Plenar sessiyada ümumi enerji bazarı sahəsində regional əməkdaşlıq strategiyası, müasir enerji bazarının formalaşdırılması üçün əlverişli biznes mühitinin yaradılması, yaşıl iqtisadiyyata keçid strategiyasının həyata keçirilməsi və digər mövzular müzakirə edilib.

Səfər çərçivəsində, eyni zamanda Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı və “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”nin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə