Ankara, 12 may, ARHD.AZ
Hakan Fidan PKK-nın özünü buraxmasını “tarixi” qərar adlandırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü buraxması və silahlı fəaliyyətini dayandırması ilə bağlı xəbərlərə münasibət bildirib.
ARHD.AZ xəbər verir ki, o, Ankarada Türkiyə, Livan və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair brifinqdə çıxış edərək əmin edib ki, Ankara “terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatından sonra əməli addımları izləyəcək”.
Türkiyə diplomatiyasının rəhbəri PKK terrorçularının fəaliyyətinin dayandırılması qərarını “bölgədə uzunmüddətli sülh və sabitlik yolunda tarixi və mühüm addım” adlandırıb.
Bu qərar “səmimiyyətlə həyata keçirilərsə” gələcəyimizə, vətəndaşlarımızın gələcəyinə çox müsbət təsir göstərəcək”, - deyə türkiyəli nazir bildirib.