Prezident: Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var

Bakı, 7 may, ARHD.AZ


Azərbaycan tərəfi Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır.

ARHD.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Dövlətimizin başçısı bildirib ki, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz də çox ürəkaçandır.

Baxış sayı: 8 769

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə