
Bakı, 28 aprel, ARHD.AZ
Bu forum bütün QHT-lərin bir araya gələrək hazırkı qlobal problemlərə qarşı birgə mübarizə aparması, qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm bir platformadır.
ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT Şöbəsinin rəisi Vuk-Cin Çanq deyib.
Azərbaycan Hökumətini və QHT-lərini bu gün böyük əhəmiyyət daşıyan foruma ev sahibliyinə görə təbrik edən Vuk-Cin Çanq bildirib: “Bizim Qlobal Cənubda daha çox dəstəyə ehtiyacımız var. QHT-lərlə əməkdaşlıq üçün akkreditasiya prosesimiz mövcuddur. Hazırda 6500 akkreditə olunmuş QHT-miz var ki, onların da cəmi 40 faizi Qlobal Cənubun, 60-70 faizi isə Qlobal Şimalın payına düşür. Dünyanın üzləşdiyi problemlərin həllində Qlobal Cənubun səsi daha çox eşidilməli və bu bölgə daha fəal olmalıdır. Bu baxımdan iştirak etdiyimiz forum yalnız mövcud məsələləri müzakirə etmək üçün deyil, eyni zamanda, onların həlli və konkret addımlar üçün də mühüm platforma ola bilər”.