Professor: Azərbaycan və Çin arasındakı dostluq əlaqələri daha da güclənəcək

Bakı, 28 aprel, ARHD.AZ



Bu il Çin karbonyönümlü mənbələrin həcminin azaldılması ilə bağlı əhəmiyyətli tərəqqiyə nail olub. Bu sahədə əldə etdiyimiz təcrübəni dünya ilə paylaşmaq və qlobal səviyyədə fəal iştirak etmək niyyətindəyik. Çin gələcəkdə karbondan azad olan iqtisadiyyatı inkişaf etdirmək və bu məqsədə doğru irəliləmək istəyir.

ARHD.AZ xəbər verir ki, bu fikirləri “Elm və Texnologiya üçün Bir kəmər, bir yol Alyansı” baş katibinin müavini, professor Renying Li aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu istiqamətdə göstərilən səylər dünyanın daha yaşıl və daha davamlı gələcəyə doğru irəliləməsinə şərait yaradacaq. “Azərbaycan ilə dostluq əlaqələrimizin daha da inkişaf edəcəyinə, qarşılıqlı əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminik. Çinin məqsədi yalnız öz inkişafını deyil, eyni zamanda, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizəni daha güclü şəkildə aparmaqdır. Bu yolda biz səylərimizi birləşdirməliyik. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə hər bir ölkənin, hər bir cəmiyyətin öz rolunu oynaması vacibdir. Çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq multilateralizmi gücləndirmək bizim əsas məqsədlərimizdən biridir. Bu yanaşma ilə biz yalnız inkişaf etmiş ölkələrin deyil, həm də inkişaf etməkdə olan ölkələrin də maraqlarını nəzərə alaraq daha inklüziv və davamlı həllər tapmağa çalışmalıyıq”, - deyə Renying Li bildirib.

O, Azərbaycan və Çin arasındakı dostluq əlaqələrinin daha da güclənəcəyini vurğulayaraq əlavə edib: “Biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə işləyərək qlobal iqlim dəyişikliyi ilə mübarizə aparacağıq. Bu əməkdaşlıq həm regionumuzda, həm də dünya miqyasında mühüm dəyişikliklərə səbəb olacaq. Gələcəyimiz üçün daha yaşıl, daha inkişaf etmiş və davamlı bir dünyanı görmək üçün birlikdə çalışmalıyıq. Əminəm ki, bu əməkdaşlıq və səylərlə daha yaxşı bir planet yaratmağa doğru mühüm addımlar atacağıq”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə