Budapeşt, 26 aprel, ARHD.AZ


“Ukrayna üçün Avropa İttifaqına (Aİ) qoşulmaq hələ tezdir”.

ARHD.AZ xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Sabahın xeyir, Macarıstan” televiziya proqramında çıxışında deyib. Onun sözlərinə görə, Brüssel Ukraynanı israrla ümumavropa dövlətlər ailəsinə sürükləmək istəyir.

“Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa Parlamentində bildirib ki, Ukraynanı 2030-cu ilə qədər Aİ-də görmək istəyir. Bu, artıq bizim qapımızın zənginin çalındığı deməkdir. Ola bilsin ki, 20, 30, 40 ildən sonra Ukrayna qoşulmaq üçün həqiqətən də lazım olan şərtləri yerinə yetirə biləcək və eyni zamanda da Macarıstanın iqtisadiyyatını məhv etməyəcək. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Ukraynanın Aİ-yə üzvlük məsələsi bütün Avropa İttifaqı üçün yaxın altı ayda ən mürəkkəb və ən böyük döyüş olacaq”, - deyə hökumət başçısı bildirib.

Onun fikrincə, bu məsələ Macarıstanın yaxın 15-20 ildə gələcəyini də müəyyən edəcək.

Baxış sayı: 4 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə