Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq

Bakı, 25 aprel, ARHD.AZ



ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi artıq keçmişdə qaldığı üçün təşkilat bundan sonra bərpa və quruculuq proseslərində iştirak edə bilər. Bu mövzu ətrafında bu gün geniş fikir mübadiləsi aparılıb.

ARHD.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün mövcud olan ağır beynəlxalq vəziyyət, davam edən hərbi münaqişələr, inamsızlıq, beynəlxalq səviyyədə parçalanma və bloklanma kimi trendlər diqqətə alınmalıdır. ATƏT geniş coğrafiyanı əhatə edərək, bir-birinin xarici siyasət yanaşmalarını paylaşmayan və düşmən mövqedə olan ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın əsas işi dialoq formatlarının təşkili və bu prosesin davam etdirilməsidir. Heç bir hərbi münaqişə sonsuza qədər davam edə bilməz. Münaqişələrin sona çatdırılması və açıq qalan məsələlərin həlli üçün mövcud platformalar son dərəcə əhəmiyyətlidir”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə