Marko Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə kömək edə bilər

Bakı, 18 aprel, ARHD.AZ



Fransa, Almaniya və Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması məsələsinə yardım edə bilər.

ARHD.AZ xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu Parisdə Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları ilə apardığı danışıqlardan sonra jurnalistlərə deyib.

“Danışıqlar çox faydalı və konstruktiv məcrada keçib. Fransa, Böyük Britaniya və Almaniya bizim razılığa gəlməyimizə kömək edə bilər”, - deyə Marko Rubio bildirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, Ağ ev nizamlanma məsələsində London və Parislə daim təmasdadır: “Biz onların töhfələrini və bu məsələdə iştirak etmələrini alqışlayır və bunun vacib iş olduğuna inanırıq”.

Aprelin 17-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşüb. Yelisey sarayının məlumatına görə, “konstruktiv danışıqlar” Ukraynadakı münaqişənin həlli məsələsində “mövqelərin yaxınlaşmasına” kömək edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə