Bakı, 17 aprel, ARHD.AZ



Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib


Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a bildirilib ki, səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) Şura iclasında iştirak edib.

İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.




 

Baxış sayı: 5 351

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə