Rusiya mütəxəssisləri İranda Rəşt-Astara dəmir yolu layihəsi üzərində işə başlayıb

Moskva, 16 aprel, ARHD.AZ



Rusiyalı mütəxəssislər artıq İrandadır və Rəşt-Astara dəmir yolu layihəsi üzərində iş aparırlar.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

İranın Moskvadakı səfiri Kazem Cəlalinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin ən azı 3-4 il çəkə biləcəyi ilə bağlı sözlərinə münasibət bildirən Rusiya rəsmisi qeyd edib ki, iranlı diplomat bu proqnozu mütəxəssislərin hesablamaları əsasında verib.

2023-cü ildə Rusiya ilə İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycanla İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair Saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran tikinti və layihələndirmə işlərini, həmçinin malların tədarükü və xidmətləri birgə maliyyələşdirəcək.

Baxış sayı: 6 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə