Ukrayna Parlamenti yayda prezident seçkilərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Kiyev, 11 aprel, ARHD.AZ



“Ukraynada hərbi vəziyyət və səfərbərlik mayın 8-dən sonra da uzadılacaq. Bu qərar Rusiyanın davam edən hücumları fonunda veriləcək”.

ARHD.AZ xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.

O, müharibənin hələ bitmədiyini vurğulayıb.

Ali Radanın sədri bildirib ki, ABŞ və Rusiya prezident seçkilərinin keçirilməsi üçün Kiyevə təzyiq etsələr belə, Parlament demokratiyanı dəstəkləməkdə qərarlıdır.

Stefançuk hələ də hücum altında olan ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin praktiki və hüquqi cəhətdən qeyri-mümkünlüyünü qeyd edib.

Baxış sayı: 3 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə