Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb

Bakı, 4 aprel, ARHD.AZ



Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb


Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb. Bu layihəyə əsasən Xəzər dənizinin dibi ilə kabel xətti çəkiləcək və Avropa bazarlarına yaşıl enerji ixrac olunacaq.

ARHD.AZ xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” Samitində çıxış edərkən deyib.

O bildirib ki, bu layihə həm Mərkəzi Asiya, həm də Avropa üçün çox əhəmiyyətlidir.

Prezident qeyd edib ki, Avropa İttifaqının iqtisadiyyatı üçün zəruri olan 34 növ məhsulun 19-u Qazaxıstanda istehsal olunur.

“Uran, titan, mis, volfram, kobalt, litium kimi məhsulların Avropaya göndərilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə olunur. Bu marşrutla yükdaşımanın həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2027-ci ildə 10 milyon tona çatacaq. “Global Gateway” strategiyası Mərkəzi Asiya ölkələri, Qərb ilə Şərq arasında birləşdirici funksiyaya malikdir. Bundan səmərəli istifadə hər iki region üçün əhəmiyyətlidir”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Baxış sayı: 5 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə