Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir

Bakı, 4 aprel, ARHD.AZ



Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir


Ölkələr və biznes üçün olduqca əhəmiyyətli olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması vacib məsələdir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Özbəkistanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün tranzit nəqliyyat marşrutları lazımdır. Yüklərin Avropaya və əks istiqamətə daşınması üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi ticarət əlaqələrinin inkişafı üçün vacib məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, sammitdə Mərkəzi Asiya respublikalarının prezidentləri ilə yanaşı, BMT-nin, Avropa İttifaqının nümayəndələri də iştirak edirlər.

Sammit öz işini aprelin 5-də yekunlaşdıracaq.

Baxış sayı: 4 345

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə