Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilirdi

Bakı, 4 aprel, ARHD.AZ



Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə ikən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərildiyini bildirib.

ARHD.AZ xəbər verir ki, o, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bunlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Baxış sayı: 3 566

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə