İtaliyanın müdafiə qabiliyyətini gücləndirmək planlarını həyata keçirmək üçün 8-10 il vaxt lazımdır.

ARHD.AZ-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Qvido Krozetto “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Dövrün çağırışlarına cavab verən müdafiə qabiliyyətini həyata keçirmək üçün olan bu plan (milli təhlükəsizliyi gücləndirmək üçün olan – red.) 8-10 il tələb edəcək”, - o deyib.

Nazir İtaliyanın təhlükəsizliyinə təhdidlər sırasında kibertəhdidləri, konkret tədbirlər sırasında isə infrastrukturun inkişafı və silahlı qüvvələrin şəxsi heyətinin sayının artırılmasını qeyd edib.

Bundan əlavə, Krozetto Amerika qoşunlarının Avropada mövcudluğunun azalacağını, NATO ölkələrində müdafiə xərclərinin səviyyəsinə dair tələblərin ÜDM-in 3,5%-nə qədər artırılacağını mümkün saydığını vurğulayıb.

Baxış sayı: 3 502

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə